Məşhur astroloqdan qarabağ proqnozu:” 2020-ci ilədək bu məsələ tam həll olunmalıdır”

21-04-2016, 10:06           
Məşhur astroloqdan qarabağ proqnozu:” 2020-ci ilədək bu məsələ tam həll olunmalıdır”
Dağlıq Qarabağ münaqişəsinin sonu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bitəcək. Bu barədə milli.Az-a Dağlıq Qarabağ münaqişəsinin sonu ilə bağlı proqnozunu açıqlayan tanınmış astroloq Səbuhi Rəhimli bildirib. Astroloq qeyd edib ki, ulduzların düzülüşü göstərir ki, 2012-ci ildən bəri Dağlıq Qarabağ probleminin həllində Azərbaycan üçün şanslı ərəfə başlayıb və bu dövr 2020-ci ilədək davam edəcək: “Əvvəllər də həmişə demişəm ki, bu məsələnin 2012-ci ilədək həlli yoxdur. Bizim üçün məsələnin həllində irəliləyiş 2012-ci ildən etibarən başlayacaq və Azərbaycanın bütövlüyünün bərpası ilə nəticələnəcək. Bəzi şeylər var ki, bu, siyasi iradədən asılı olacaq. Amma bu Quran ayəsi deyil, astroloji proqnozdur. Biz sadəcə uğurlu və ya uğursuz zaman kəsiyini göstərir və həmin müddətdə insanların üzərinə düşən öhdəlikləri deyirik. Lakin bunu yerinə yetirməmək onların özündən asılıdır. İndi də bizim üçün şanslı ərəfədir və bu dövr 2020-ci ilədək davam edəcək. Əgər bu zaman kəsiyindən istifadə edə bilməsək, məsələ yenə də uzanacaq. Amma 2020-ci ilədək bu məsələ tam həll olunmalıdır”.
Amma S.Rəhimlinin fikrincə, bütün hallarda məsələnin həlli sülh yolu ilə mümkün olmayacaq: “Mən hələ bunu 1994-cü ildə də qeyd etmişdim ki, bu məsələ müharibəsiz həll olunmayacaq. Yəni ərazilərimiz bərpa ediləcək, amma bu qansız olmayacaq. İndi bizim üçün şanslı dövrdür. 2012-ci ildən atəşkəs hallarının pozulması dayanmadan artır. O vaxt da bizimkilər bir neçə post almışdılar, amma sonra geri çəkildilər. Bu il gərginlik bir az da çoxalıb. Bir neçə gün əvvəl isə bizimkilər cəbhədə ciddi uğur əldə etdilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.