Nazirliyin müraciətinə ilk reaksiya Tənzilə Rüstəmxanlıdan gəldi: - "Lazımdırsa, silərəm"

23-04-2016, 09:34           
Nazirliyin müraciətinə ilk reaksiya Tənzilə Rüstəmxanlıdan gəldi: - "Lazımdırsa, silərəm"
“Başa düşürəm ki, Müdafiə Nazirliyi bu tapşırığı hərbi sirrlərin yayılmaması məqsədi ilə verib. Mən də bir neçə gün öncə feysbuk səhifəmdə bir neçə belə şəkil paylaşmışdım. Əgər hərbi cəhətdən həmin şəkillərin hərbi baxımdan zərəri olacaqsa, həmin şəkilləri silərəm. Və hər birimiz Müdafiə Nazirliyinin təlimatlarına uymalıyıq”.

Bunu Moderator.az-a açıqlamasında Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Müdafiə Nazirliyinin sosial şəbəkə istifadəçilərinə müraciətinə münasibət bildirərkən deyib.

Qeyq edək ki, Müdafiə Nazirliyi bütün sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edib:

“İşğaldan azad olunmuş torpaqlara səfər edən dövlət, qeyri-hökumət təşkilatları, ictimaiyyət, media nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri olduqları ərazilərdə apardıqları foto və videoçəkilişlərini, təəssüflər olsun ki, internet informasiya resursları vasitələri ilə yayırlar. Bu foto və videoların yayılmasının müdafiə maraqlarımıza zidd olmasını, hazırda ön xətdə yerləşən hərbi qulluqçularımızın təhlükəsizliyinə təhdid yaradacağını, eləcə də düşmən kəşfiyyatı üçün maraqlı olduğunu nəzərə alaraq sosial şəbəkələrdə şəxsi profillərdə mövcud olan görüntülərin təcili surətdə silinməsi xahiş olunur, gələcəkdə yerləşdirilməməsi təkidlə tövsiyə edilir və nazirlik olaraq hamılıqla bu tədbirdə yaxından iştirak edilməsinə çağırırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru