Rüstəm Muradov Ukraynada yaralandı: Bacısı oğlu öldü

23-05-2022, 16:54           
Rüstəm Muradov Ukraynada yaralandı:
Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlıların keçmiş komandiri general-leytenant Rüstəm Muradovun bacısı oğlu Ukraynada həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Baza” teleqram kanalı yayıb.

Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub və o, hərbi əməliyyat zamanı ölüb.

Belə iddia edilir ki, general-leytenant Rüstəm Muradovun özü də Ukraynada aldığı yaralardan sonra hospitalda müalicə alırmış. Bildirilir ki, Salman Süleymanovun nəşi doğulduğu Dağıstana aparılıb. R. Muradov isə dəfndə iştirak etmək üçün hospitaldan icazə istəyib.

Xatırladaq ki, Rüstəm Muradov 2022-ci ilin fevralına qədər Qarabağdakı rusiyalı sülhməramlılara komandirlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru