Hurriyyet.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. “Le Figaro” nəşrinin yazdığına görə, naməlum şəxs Qətər dövlətinin Parisdəki səfirliyinin girişində mühafizəçini qətlə yetirib. Xəbəri Fransanın Daxili İşlər Nazirliyi də təsdiqləyib. Səfirlik Zəfər tağının yaxınlığında yerləşir.
Qətli törətməkdə ittiham edilən 38 yaşlı şəxs hadisə yerində saxlanılaraq psixoloji ekspertizaya göndərilib.