ABŞ-da məktəbdəki atışmada 14 şagird və bir müəllim həlak olub - YENİLƏNİB

25-05-2022, 09:43           
ABŞ-da məktəbdəki atışmada 14 şagird və bir müəllim həlak olub - YENİLƏNİB
Texas ştatında məktəbdə atışma nəticəsində azı 14 şagird və bir müəllim ölüb.

Bunu ştatın qubernatoru bildirib. Onun sözlərinə görə, hazırda 13 məktəbliyə tibbi yardım göstərilir, onlardan ikisi San Antonio şəhərindəki xəstəxanaya çatdırılıb.

Bundan əlavə, 45 yaşlı bir şəxs də güllə yarası alıb.

00:20

ABŞ-ın Texas ştatının Uvalde şəhərindəki Robb ibtidai məktəbində atışma baş verib.

Məlumata görə, atəş açan şəxs artıq saxlanılıb. O, məktəbdə barrikada qurub. Şagirdlər və əməkdaşlar təxliyə edilib.

Hadisə zamanı iki uşaq ölüb, ondan çox şəxs isə yaralanıb.

Məktəbdə 600-ə yaxın uşağın təhsil aldığı bildirlib. Hadisə ilə əlaqədar ərazidəki digər məktəblər bağlanıb.

Qeyd edək ki, Uvalde San Antoniodan 140 km qərbdə və Ostindən 235 km cənub-qərbdə, Meksika ilə sərhəddə yerləşir.

Mənbə: rbc.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru