Putin erməniyə “Rusiya Qəhrəmanı” adı verdi

26-05-2022, 11:06           
Putin erməniyə “Rusiya Qəhrəmanı” adı verdi
Rusiya Prezidenti Vladimir Putin polkovnik-leytenant Andranik Qasparyanı “Rusiya Qəhrəmanı” adının verilməsi ilə bağlı fərman imzalayıb.

Axar.az rus mediasına istinadla xəbər verir ki, bu barədə Omsk vilayətinin qubernatoru Aleksandr Burkov məlumat yayıb.

Sərhəd müdafiəsi briqadası bölüyünün komandiri olan Qasparyanın Xerson vilayətindəki körpünün ələ keçirilməsində göstərdiyi qəhrəmanlığa görə bu ada layiq görülüb. Belə ki, 3 gün mühasirədə qalmasına və ardıcıl aviazərbələrə baxmayaraq, dəstə geri çəkilməyib. Qrup bu döyüş ərzində düşmənin, yəni Ukraynanın 23 ədəd zirehli maşınını məhv edib, 9 hücumunu dəf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru