Honkonqda tankerdə partlayış olub, ölən və yaralananlar var

30-05-2022, 00:03           
Honkonqda tankerdə partlayış olub, ölən və yaralananlar var
Honkonqdan 300 km şərqdə neft tankerinin göyərtəsində partlayış olub.

“South China Morning Post” qəzetinə istinadən verdiyi xəbərə görə, Panama bayrağı altında üzən “Chuang Yi” tankerində partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Gəminin heyət üzvləri arasında indoneziyalı və manamalı dənizçilər var.

Hadisə yerinə xilasetmə əməliyyatı üçün iki vertolyot göndərilib. Artıq tankerdə yanğının lokallaşdırıldığı bildirilir.

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.