İspaniyalı xanım eyni zamanda altı gənci görüşə dəvət etdi – VİDEO

31-05-2022, 09:53           
İspaniyalı xanım eyni zamanda altı gənci görüşə dəvət etdi – VİDEO
İspaniyada 19 yaşlı xanım Fanni Blom “Tinder”də tanış olduğu altı oğlanı eyni vaxtda görüşə dəvət edib.

O, şübhə doğurmamaq üçün gənclərə ad gününü qeyd etdiyini bildirib. Oğlanlar müxtəlif vaxtlarda kluba gəlib və rəqiblərinin olduğunu belə bilməyiblər. Onların hər biri ilə söhbət etməyə vaxt tapmaq üçün qız tualetə getməli olduğunu bəhanə gətirib, əslində isə növbəti sevgilisi ilə söhbətə yollanıb.

Aldatma sonradan üzə çıxıb. Belə ki, Blomun öz hərəkətindən danışdığı “TikTok” videosu dəvət olunan gənclərdən birinin diqqətini çəkib. O, baş verənlərə yumorla reaksiya verib və qızdan incimədiyini bildirib.


Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru