Xəstəxana adı ilə tanışını Qaradağa aparıb öldürdü

31-05-2022, 11:24           
Xəstəxana adı ilə tanışını Qaradağa aparıb öldürdü
Azərbaycanda iki il əvvəl törədilmiş qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, 2020-ci il mart ayının 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisindən kişi meyiti tapılıb.

Əməliyyat-axtarış və istintaq tədbirləri ilə mərhumun Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Məmmədov olması məlum olub.

Araşdırmalarla məlum olub ki, Sabirabad rayon sakini Ümidvar İbişov və Xocalı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyevin narkotik asılılığından əziyyət çəkən tanışları R.Məmmədovu xəstəxanaya yerləşdirmək adı ilə Qaradağ rayonu ərazisinə aparıblar. Orada avtomobilin salonunda Ü.İbişovun onu boğaraq öldürüb, cinayəti gizlətmək məqsədilə cəsədi İsmayıllı rayonunun Tubukənd kəndinə aparıb üstünə yanacaq tökərək yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Ü.İbişov və E.Əliyev polislər tərəfindən tutularaq istintaqa təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru