Məşhur "qanuni oğru"nun oğulları həbs olundu

31-05-2022, 16:14           
Məşhur "qanuni oğru"nun oğulları həbs olundu
Gürcüstanın paytaxtı Tbilisidə Quku və David Kakulya qardaşları həbs olunub.
Teref.Az lent.az-a istinadən xəbər verir ki, onlar Tbilisinin mərkəzindəki davada iki nəfəri güllələyiblər. Qardaşlar hadisə yerindən qaçsa da, azərbaycanlıların yaşadığı Ortaçala rayonundakı evlərin birində ələ keçiblər.

Onların üzərindən odlu silah götürülüb.

Xatırladaq ki, Kakulya qardaşları Gürcüstanın məşhur "qanuni oğru"larından olan "Dato Tbiliski"nin övladlarıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.