Perunun antik şəhəri Karalda 4 min 500 illik mumiya tapılıb.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaçı Ruz Şadi Solis mumiyanın 40-50 yaşlarında bir qadına aid olduğunu deyib. Mumiyanın yanında meymun və quş heykəlləri də tapılıb.
Doktor Solis bu cəsədin mumiyalanması zamanı piramidaların da inşa edildiyini vurğulayıb.