Bakıda avtomobil xəstəxananın divarını uçuraraq yanıb - FOTOLAR

1-06-2022, 10:38           
Bakıda avtomobil xəstəxananın divarını uçuraraq yanıb - FOTOLAR
Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

Teref.az apa-ya istinadən bildirir ki, qəza Mirəsədulla Mirqasımov və Mərdənov qardaşları küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobili idarə edən şəxs yüksək sürətlə Mirəsədulla Mirqasımov küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib.

Avtomobil 1 saylı xəstəxanın hasarını uçuraraq içəri daxil olub.

Maşının sürücüsü və sərnişini komatoz vəziyyətinə düşüb.

Onlar xəstəxana işçilərinin köməkliyi ilə maşından çıxarılaraq reanimasiyaya çatdırılıb.

Daha sonra avtomobil yanmağa başlayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Alovun ətrafa keçməsinin qarşısı alınıb.

Hazırda hər iki yaralının vəziyyəti ağırdır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru