Rusiyalı hərbçilər Mariupoldakı bütün maşınları toplayıb “milliləşdirməyə” hazırlaşırlar - VİDEO

2-06-2022, 07:48           
Rusiyalı hərbçilər Mariupoldakı bütün maşınları toplayıb “milliləşdirməyə” hazırlaşırlar - VİDEO
“Mariupolda küçədəki bütün maşınlar (istər zədələnmiş, istər salamat olanlar) işğalçılar tərəfindən toplanaraq “Azov” bazarının meydanına toplanır”.

Bu barədə şəhər merinin müşaviri Petr Andryuşşenko özünün “Telegram” kanalında məlumat verib.

“Deyirlər ki, guya bu, “tapıntı”ların hesabatı üçün edilir. Sahibləri bir ay ərzində (əslində 01.07.2020-dən əvvəl) meydana çıxmasalar, bütün avtomobillər “gənc respublika”nın mülkiyyəti kimi tanınacaq”, - deyə o bildirib.

Müşavir bunu Mariupol sakinlərinin aviabombalardan, “Qrad”lardan, “Smerç”lərdən salamat qalan əmlakının tamamilə oğurlanması ilə bağlı ikinci addım adlandırıb. Andryuşşenko bundan əvvəl sakinlərin daşınmaz əmlakının hesabatının aparıldığını xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru