Rəbiyyə Məmmədovanın anası döyüldü

4-06-2022, 00:06           
Rəbiyyə Məmmədovanın anası döyüldü
İctimai fəal Rəbiyyə Məmmədova anasının döyüldüyünü bildirib.
Bakupost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Hər kəs bilir ki, mənim anam süpürgəçidir, bundan da utanmıram, ali təhsilli qadın yaşına görə iş tapa bilmir, pensiya yaşı da çatmayıb deyə süpürgəçi işləyir.
Görüşdən evimə getdiyim yerdə anam zəng edib deyir ki, işdə olduğu vaxt ona “Sənin qızın pozğundur, əxlaqsızdır, fahişədir” deyib, başqa bir süpürgəçi qadın tərəfindən döydürüblər”, - o bildirib.
R.Məmmədova vurğulayıb ki, məsələ barədə 102-yə rəsmi şikayət edib. Onun şikayətinə 43-cü polis bölməsində baxılır.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələnin araşdırıldığını deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.