Meksikada qarətçilərdən qorxan gənc sevgilisini qoyub qaçdı - VİDEO

4-06-2022, 10:14           
Meksikada qarətçilərdən qorxan gənc sevgilisini qoyub qaçdı - VİDEO
Sosial şəbəkələrdə gəzməyə çıxan cütlüyün qarət olunması ilə bağlı görüntülər virus kimi yayılıb. Kadrların bu qədər populyarlaşmasına səbəb isə gəncin təhlükə anında sevgilisini atıb qaçması olub.

Hadisə Meksikada baş verib. Bununla bağlı yayılan videoda cütlüklərin əl-ələ söhbət edərək getdikləri görünür. Qəfil onların yanında bir motosikl dayanır. Bunu görən oğlan qızın əlini buraxaraq oradan qaçır. Kadrlarda qızın qarətçilərə müqavimət göstərmədən telefonunu verdiyi görünür.


Video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər “Belə sevgilisi olana düşmən lazım deyil” kimi şərhlərlə gənci kəskin tənqid ediblər. Ancaq oğlanın tərəfində də duranlar tapılıb. Onların fikrincə, gənc qarşıdurmaya girsəydi, nəticə faciəli ola bilərdi.

“Videoda oğlanın əvvəlcə instinktiv olaraq qaçdığı görünür. Ancaq o, geri qayıdıb qızı qorumağa cəhd etsəydi, hər şey pis qurtara bilərdi”, - deyə istifadəçilərdən biri bildirib.

Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru