Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadəbu gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.
Bu barədə DİN-dən Trend-ə bildirilib.
Nəticədə özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.