Vatikan Ukraynaya həsr olunmuş gümüş pul nişanı buraxıb
5-06-2022, 09:04
Vatikan Ukraynaya həsr olunmuş xüsusi gümüş pul nişanı buraxıb.
Bu barədə «Feysbuk»da Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş xəbər verib.
«Bu, sadəcə rəmz deyil, bu, Ukraynanı dəstəkləyən gerçək jestdir: Rusiyanın Ukraynaya soxulmasının 100-cü günü Vatikanın filateli və numizmatik ofisi xüsusi gümüş pul nişanları (23 qr) buraxıb» - o, qeyd edib.