Ukraynada beynəlxalq legionun bir neçə döyüşçüsü həlak olub

5-06-2022, 11:54           
Ukraynada beynəlxalq legionun bir neçə döyüşçüsü həlak olub
Ukraynanın Müdafiəsi üzrə Beynəlxalq Legionun (ILDU) dörd döyüşçüsü – Niderland, Avstraliya, Almaniya və Fransa vətəndaşları bu ölkədəki döyüşlər zamanı həlak olublar.

“Report” xəbər verir ki, bu barədə beynəlxalq legion feysbuk səhifəsində məlumat yayıb.

“Biz silahdaşlarımızın xatirəsini ehtiramla yad etmək istərdik: Ronald Voqelar, Maykl O Neill, Byorn Benjamin Klavis və Uilfrid Bleriot... Onların xatirəsi Beynəlxalq Legionda, Ukrayna Silahlı Qüvvələrində və Silahlı Qüvvələrində yaşayacaq.

KİV-in məlumatına görə, iki döyüşçünün may ayında, daha birinin isə iyunun ilk günlərində öldüyü məlum olub.

Qeyd edək ki, Ukraynada 50-dan çox ölkənin vətəndaşı döyüşür. Bunlar Polşa, Baltikyanı və Skandinaviya ölkələrindən olan hərbçilərdir. Əcnəbi könüllülər beynəlxalq legionun sıralarına Rusiyaya qarşı döyüşmək üçün qoşulublar. Hüquqi məsələlər həll edildikdən sonra əcnəbi hərbçilərə texnika və silahlar verilir. Sonra legionerlər xüsusi hazırlıq keçir, sonra isə hərbi hissələr formalaşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.