General Kutuzov MƏHV EDİLDİ 5-06-2022, 20:44 Bu gün Ukraynada gedən döyüşlər zamanı Rusiya ordusunun daha bir generalı öldürülüb.Redaktor.az xəbər verir ki, bu barədə "InformNapalm" kanalı məlumat yayıb.Qeyd olunub ki, general-mayor Roman Kutuzov Luqansk vilayətindəki Artemovsk-Lısiçansk şossesi yaxınlığında zərərsizləşdirilib.Generalın hansı şəraitdə öldüyü bilinmir. Rusiya tərəfi bununla bağlı hər hansı açıqlama verməyib.Kutuzovun 29-cu ümumqoşun ordusunun qərargah rəisi olduğu bildirilir. Facebook-da paylaş