Banqladeşin Çittaqonq şəhərində baş verən yanğında ölənlərin sayı 50 nəfərə çatıb.
Bizim.Media “France-24”ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 300 nədər xəsarət alıb.
Onlarla yaralının vəziyyəti ağır olduğu üçün ölü sayının artacağı istisna olunmur. Xilasedicilər həlak olmuş şəxslərin meyitlərinin çıxarılmasının başa çatmadığını bildiriblər.