Bakıda gənc qadın sevgilisi ilə dalaşdı, özünü yandırdı

6-06-2022, 17:37           
Bakıda gənc qadın sevgilisi ilə dalaşdı, özünü yandırdı
Bakıda qadın özünü yandırıb.
Teref.az Oxu.az-a istinadən xəbər verir ki, iyunun 4-də gecə saatlarında Əsmər Xəlilova qeyri-rəsmi nikahda yaşadığı, əvvəllər məhkum olunmuş Vüsal Muxtarov ilə küçədə mübahisə edib.

Onlar asayişi pozduqları üçün polis əməkdaşları tərəfindən saxlanılıb və bölməyə gətirilib.

Bir müddət sonra polislər Əsmər Xəlilovanın küçədə üzərinə benzin tökərək yandırmasını görüb və müdaxilə ediblər.

Ə.Xəlilova 5 saylı Kliniki Xəstəxanasına çatdırılıb. O, bu gün səhər saatlarında orada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Vüsal Muxtarov barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və 8 sutka həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru