Nazirliyin şüşəsini qıran qazimizə əlillik təyin edildi - "Biz sadəcə haqqımızı tələb etmişik"

6-06-2022, 18:58           
Nazirliyin şüşəsini qıran qazimizə əlillik təyin edildi -
Bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən aksiyada iştirak edən qazi Elçin Verdiyevə əlillik dərəcəsi təyin edilib.

TEREF.AZ xəbər verir ki, bununla bağlı qazi Elçin Verdiyev Axar.az-a açıqlamasında deyib.

“O hadisədən bir neçə gün sonra mənə III qrup əlillik təyin edilməsi haqda mesaj gəldi. Baxmayaraq ki, çoxdan müraciət etmişdik, lakin bir cavab yox idi. Biz sadəcə haqqımızı tələb etmişik”, - E. Verdiyev bildirib.

Qeyd edək ki, iyunun 2-də Vətən müharibəsi qazilərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən aksiya zamanı binanın mühafizəsində iştirak edən polis qapını sındıraraq içəri daxil olan Elçin Verdiyevi qucaqlamışdı. Polisin bu jesti sosial şəbəklərdə kifayət qədər rəğbətlə qarşılanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru