Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub - Ölən və xəsarət alan var

7-06-2022, 00:01           
Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub -
Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası olub. “Report” xəbər verir ki, hadisə keçmiş “Komsomol dairəsi” kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub. Toqquşmadan sonra minik avtomobili yol kənarındakı dəmir maneələrə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində azı 1 nəfər ölüb, xəsarət alan var.

Ölən və xəsarət alanın şəxsiyyətləri dəqiqləşdirilir. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru