Mindən çox ukraynalı əsir Moskvaya göndərildi

8-06-2022, 12:04           
Mindən çox ukraynalı əsir Moskvaya göndərildi
Rusiyanın əsir aldığı mindən çox “Azovstal” müdafiəçisi istintaq üçün Moskvaya göndərilib.

Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda hüquq-mühafizə orqanları “Azovstal”ın müdafiəçiləri üzərində sıx işləyirlər:

“Əsirlər arasında Mariupolda təslim olmuş əcnəbilər də ola bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.