"Şəkər Kralı" kimi tanınan iş adamı güllələndi - Qatil görün kim imiş

8-06-2022, 18:28           
"Şəkər Kralı" kimi tanınan iş adamı güllələndi -
“ASB GK” holdinqin təsisçisi və baş direktoru, həm də “şəkər kralı” adlandırılan Yuri Xoxlov güllələnib.

Teref.az-ın yazdığına görə, 32gun.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə iş adamının kənd təsərrüfatına məxsus əkin sahələrinə şəxsən baxış keçirmək üçün helikopterlə getdiyi Tambov vilayətinin Rudovka kəndinə baş verib.

Bildirilir ki, iş adamı Vladimir Levkin Yuri Xoxlovu bu torpaqların 150 hektarının mülkiyyətinə görə məhkəməyə verən Xoxlovun yerində gözləyirmiş. Burada Levkin Xoxlovla qarşılaşıb və “Vepr” karabinindən ona atəş açaraq qaçıb. Nəticədə Xoxlov yerindəcə ölüb.

Hadisədən 40 dəqiqə sonra Rudovkadan bir neçə kilometr aralıda yerləşən gölməçədə Levkinin də cəsədi tapılıb.

Onun odlu silahla intihar etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru