Rusiya radiostansiyasında Ukrayna Himni səsləndi

9-06-2022, 10:33           
Rusiya radiostansiyasında Ukrayna Himni səsləndi
Naməlum hakerlər Rusiyanın “Kommersant FM” radiostansiyasını sındırıblar. Radiodinləyicilər canlı efirdə Ukrayna Himnini eşidiblər.


Bu barədə “Kommersant FM” məlumat yayıb.

Efirdə əvvəlcə Ukrayna Himni, sonra isə Rusiyada müharibə əleyhinə mövqeyinə görə təqib olunan “Noqu Svelo” qrupunun lideri Maks Pokrovskinin “Bizə müharibə lazım deyil” adlı müharibə əleyhinə mahnısı səslənib.

Həmçinin Andrey Xlivnyukun “Çervona kalina” kompozisiyası da ifa olunub.

Mənbə: Ukrainskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru