ABŞ-Meksika sərhədində daha bir gizli tunel tapıldı

9-06-2022, 09:16           
ABŞ-Meksika sərhədində daha bir gizli tunel tapıldı
ABŞ-Meksika sərhədində narkotik qaçaqmalçıları tərəfindən inşa edilən daha bir tunel tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Meksika Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 242 metrlik tunel Meksikanın Tijuana şəhəri ilə ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərini əlaqələndirir. Tuneldə dəmiryol xətti, elektrik təchizatı və ventilyasiya sistemi mövcuddur.

Məlumata görə, tunel patrul xidmətinin əməkdaşlarına atəş açan şəxsin təqib edilməsi zamanı tapılıb.

Faktla bağlı istintaq başladılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru