Slovakiyada Komarno şəhəri yaxınlığında iki nəfərlik idman təyyarəsi qəzaya uğrayıb.
Bu barədə ölkə polisinin mətbuat xidməti məlumat yayıb.
Qəza nəticəsində bir nəfər ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, təyyarədə olan 66 və 57 yaşlı kişilər təcili olaraq xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən biri xəstəxanada dünyasını dəyişib.