Bakıda kişi özünü GÜLLƏLƏDİ - TƏFƏRRÜAT

10-09-2022, 11:55           
Bakıda kişi özünü GÜLLƏLƏDİ - TƏFƏRRÜAT
Bakı sakini ehtiyatsızlıqdan özünü güllələyib.

TEREF.AZ xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabın 9-na keçən gecə Səbail rayonu ərazisində baş verib.

1957-ci il təvəllüdlü Məsiyev Vahid İsmayıl oğlu yaşadığı G.Əliyev küçəsindəki evində ov tüfəngini təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə güllə onun çiyin nahiyəsinə dəyib. 65 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən “İj” markalı tüfəng götürülüb.

Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru