6 yaşlı qız 5 yaşlı qardaşını xilas etdi

10-09-2022, 12:06           
6 yaşlı qız 5 yaşlı qardaşını xilas etdi
Hadisə Qazaxıstanın Aralsk şəhərindəki çoxmərtəbəli binalardan birinin həyətində baş verib.

Publika.az yerli media resurslarına istinadla xəbər verir ki, 5 yaşlı Abzalın boğazında marmelad ilişib qalıb. Qaradaşının halının pisləşdiyini görən 6 yaşlı Arujan evdən qaçaraq gəlib, Abzalın kürəyini yumruqlayır, sinəsindən tutub üzü üstə çevirir və möhkəm silkələməyə başlayır. Yalnız bundan sonra marmelad qırığı uşağın boğazından yerə düşür və Abzal normal nəfəs alır.

Sosial şəbəkədə paylaşılan görüntüləri şərh edənlər 6 yaşlı qızın hərəkətindən heyrətə gəldiklərini, onun vəziyyətə anında reaksiya verərək qardaşına peşəkar tibbi yardım göstərdiyini və buna heç də bütün böyüklərin qadir olmadığını bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.