Goranboyda avtomobil dərəyə aşdı: Ölən və xəsarət alan var

13-09-2022, 08:48           
Goranboyda avtomobil dərəyə aşdı:
Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, VAZ-21021 markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində, sərnişin - 1996-cı il təvəllüdlü İsa Rəhimov dünyasını dəyişib.

Avtomobil qəzası zamanı sürücü E.Məmmədov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.