Gəncədə 12 kq “heroin” qanunsuz dövriyyədən çıxarılıb

13-09-2022, 16:46           
Gəncədə 12 kq “heroin” qanunsuz dövriyyədən çıxarılıb
Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Taciəddin Əliyev, Anar Cəfərov və Bəxtiyar Qasımov saxlanılıb. Baş İdarədə saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman Taciəddin Əliyevin əlindəki çantadan ümumi çəkisi 11 kq 539 qram narkotik maddə olan “heroin” aşkar edilib.
Həmin şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru