Bayden II Elizabetin dəfn mərasimi üçün Londona getdi

18-09-2022, 10:39           
Bayden II Elizabetin dəfn mərasimi üçün Londona getdi
ABŞ Prezidenti Co Bayden Kraliça II Elizabetin dəfn mərasimində iştirak etmək üçün Böyük Britaniyanın paytaxtına gəlib.

Teleqraf.com xəbər verir ki, Baydeni Londonun hava limanında ABŞ səfiri Ceyn Hartli qarşılayıb.

Bayden Londona səfəri zamanı Kraliça II Elizabetin vəfatı ilə bağlı rəsmi başsağlığı kitabını imzalayacaq və Kral III Çarlzın ev sahibliyi ilə Bukingem sarayında keçiriləcək ziyafətdə iştirak edəcək.

Bundan başqa, ABŞ prezidenti birinci xanım Cil Baydenlə birlikdə Kraliçanın Vestminster abbatlığında dəfn mərasimində iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru