Bakıda ticarət obyekti yanır - VİDEO

14-10-2022, 10:38           
Bakıda ticarət obyekti yanır - VİDEO
Bakıda yanğın başlayıb. Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, yanğın paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğınla bağlı “112” “qaynar xətt”ə müraciət daxil olub:

“Nərimanov rayonunda “Elit” Ticarət Mərkəzinin yaxınlığında ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra Nazirliyin yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb olunublar. Hazırda yanğının söndürülməsi əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.