“Taliban” 250 min dolların İrana keçirilməsinin qarşısını alıb

17-10-2022, 12:07           
“Taliban” 250 min dolların İrana keçirilməsinin qarşısını alıb
“Taliban” Əfqanıstanın Herat əyalətindən İrana qaçaqmalçılıq yolu ilə pul keçirmək cəhdinin qarşısını alıb.

Bu barədə bazar günü radikal hərəkatın yaratdığı Əfqanıstan hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb.

“Saxlanılan şəxs Herat əyalətindən İrana qaçaq yolla 250 min dollar keçirməyə cəhd edib. Əməliyyat zamanı məlum olub ki, həmin şəxs pulu avtomobil oturacağında gizlədib”, - deyə məlumatda bildirilib.

“Taliban” şübhəlinin kimliyi, eləcə də bu məbləğin mənbəyi barədə ətraflı məlumat verməyib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru