Azərbaycan vətəndaşı İnterpolun axtarışına verildi

18-10-2022, 10:24           
Azərbaycan vətəndaşı İnterpolun axtarışına verildi
Azərbaycan hüquq-mühafizə orqanları külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.

Yenisabah.az xəbər verir ki, bu barədə İntepolun saytında məlumat qeyd olunub.

Azərbaycan vətəndaşı, 1979-cu ildə anadan olan Yusif Əliyev külli miqdarda dələduzluqda və sağlamlığa ağır zərər vurma əməllərində təqsirləndirilir.

Onun barəsində məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılması üçün İnterpola müraciət edilib.

Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.