İş adamının qatili güllələndi - Təfərrüat
20-10-2022, 00:07
Rusiyanın Rostov şəhərində iş adamının qatili saxlanılarkən güllələnib.
Bakupost.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Rostovda hüquq-mühafizə orqanlarının əməkdaşları, Şimal mikrorayonunda iş adamını güllələməkdə şübhəli bilinən şəxsin yerini müəyyən ediblər. Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən şəxs müşahidə kameralarına düşüb.
Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 18-də 41 yaşlı şübhəli onu həbs etməyə gedən polislərə atəş açıb. Nəticədə polislərdən biri qolundan yaralanıb. Polis dərhal atəşə cavab verməli olub. Şübhəli şəxs yerindəcə məhv edilib.
Qeyd edək ki, iş adamı oktyabrın 18-də işlədiyi Startovaya küçəsindəki ticarət pavilyonunda qətlə yetirilib.
Qonşuların verdiyi ifadələrə görə, iş adamınə qətlə yetirən şəxs əvvəllər evli olub, amma həyat yoldaşına şiddət göstərdiyi üçün qadın onu tərk edib.
Bildirlir ki, qatil iş adamını əvvəlcədən tanımırmış. Hadisə rostovlular arasında qəfil dava düşməsi nəticəsində baş verib.