Hərbçi nişanlısının yanında öldü — Zaqatalada faciə (FOTO)

31-03-2023, 17:31           
Hərbçi nişanlısının yanında öldü —
Daxili Qoşunların hərbçisi vəfat edib.

Demokrat.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Zaqatala rayonunda qeydə alınıb.

Daxili Qoşunların hərbi qulluqçusu, Zaqatala sakini, 27 yaşlı Məhəmməd İbrahim oğlu Cindarov ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, M.Cindarov Daxili Qoşunların hərbi qulluqçusudur. O, Zaqatalaya məzuniyyətə gəlibmiş.

Onu da qeyd edək ki, M.Cindarov nişanlı olub. Bu gün o nişanlısını görməyə gedibmiş. Hadisə də nişanlısının evində olub. M.Cindarov nişanlısının yanında dünyasını dəyişib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru