Kanadada çay sahilindən altı nəfərin meyiti tapıldı

1-04-2023, 09:18           
Kanadada çay sahilindən altı nəfərin meyiti tapıldı
Kanada polisi Sent-Lourens çayının sahilindəki bataqlıqda bir uşaq da daxil olmaqla altı nəfərin meyitini tapıb.

Mövcud məlumata görə, itkin düşən şəxslər barədə polisə məlumat verildikdən sonra, meyitlər hava kəşfiyyatı zamanı Sahil Mühafizəsi tərəfindən aşkar edilib.

Ölənlər Kvebek əyalətinə aid ərazidə tapılıblar. Onların kimlikləri müəyyənləşdirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər ki, hadisə ilə bağlı yerli əhali üçün heç bir təhlükə görmürlər.

Mənbə: CBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru