Çili sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

5-04-2023, 10:34           
Çili sahillərində 6,1 bal gücündə zəlzələ baş verib
Çili sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 129 min nəfər əhalisi olan Kopiapo şəhərindən 105 km qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.