Bakıda mənzildən iki qardaşın meyiti tapıldı

22-07-2023, 15:54           
Bakıda mənzildən iki qardaşın meyiti tapıldı
Bakıda evdən iki qardaşın meyiti tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən axşam Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

52 yaşlı Həsənov Əli Xaliq oğlu və qardaşı, 55 yaşlı Rəhmanın meyiti evdə aşkar edilib.

İlkin müayin zamanı onların üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

İki qardaşın eyni vaxtda hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru