Bakını bir-birinə vuran motosiklet sürücüsü həbs olundu - FOTO

23-07-2023, 18:28           
Bakını bir-birinə vuran motosiklet sürücüsü həbs olundu - FOTO
Ötən gün Bakıda gecə saatlarında motosikleti nömrəsiz və dəbilqəsiz idarə edən avtoxuliqan saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, şəhərin mərkəzi küçə və prospektlərində davamlı olaraq avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü polisin qanuni “saxla” əmrinə tabe olmayıb.

Həmin sürücü aparılan tədbirlər nəticəsində Bakı Şəhər Dövlət Yol Polisinin moto tağımının əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.
Sürücü Yusif Akif oğlu Cəfərov barəsində toplanan materiallar və video görüntülər Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Y.Cəfərov 10 sutka müddətinə həbs olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru