Rusiya ordusu daha bir polkovnikini itirdi

25-07-2023, 07:43           
Rusiya ordusu daha bir polkovnikini itirdi
Ukraynada rus polkovniki Yevgeni Vaşunin öldürülüb. O, “Leninqrad alayı”na rəhbərlik edirdi.

Editor.az “FederalPress”in Rusiya nəşrinə istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Qanunvericilik Məclisinin spikeri Aleksandr Belski bildirib. Yüksək rütbəli işğalçı iyulun 14-də məhv edilib.

Belskinin sözlərinə görə, Vaşunin və onun qrupu “əməliyyat mühasirəsində olan “Fırtına” dəstəsinin köməyinə gəlməyə qərar veriblər. “Polkovnik dayaq qrupu ilə dəstəyə doğru irəliləyib.

Onların hərəkəti düşmən tərəfindən hiss olunub və bu zaman komandir və döyüşçüləri düşmənlə döyüşə giriblər”. Belski əlavə edib ki, döyüş zamanı Vaşunin qrupdan ayrılıb və aldığı ağır yaradan dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru