Ailəsinin gözü önündə özünü güllələdi

25-07-2023, 10:07           
Ailəsinin gözü önündə özünü güllələdi
Zaqatala rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qazangül qəsəbə sakini, 54 yaşlı Telman Muradov yaşadığı evdə özünü güllələyərək öldürüb.

Belə ki, T. Muradov dünən günorta saatlarında həyat yoldaşı və oğluna ağrılarının olması barədə bildirib. Daha sonra o, ailə üzvlərinin yanında silahla sinə nahiyəsinə atəş açıb. Nəticədə aldığı xəsarətdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru