Rusiyada DƏHŞƏT: azərbaycanlı bacılar göldə batdılar

26-07-2023, 00:00           
Rusiyada DƏHŞƏT: azərbaycanlı bacılar göldə batdılar
Rusiyada 15 yaşlı azərbaycanlı qız göldə boğulub.

Hurriyyet.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Krasnoyarsk şəhərində qeydə alınıb.

Əslən Ağsu rayonundan olan 15 yaşlı Əsmər Asif qızı Mehrəliyeva iki bacısı ilə birgə yaşadıqları evin yaxınlığında yerləşən göldə çimərkən batıblar.

Hadisə zamanı qızların anası da orada olub. Ana iki qızının həyatını xilas edə bilsə də, 15 yaşlı Əsmər boğularaq ölüb.

Yeniyetmənin meyiti bu gün Ağsu rayonuna gətirilərək dəfn ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru