Palermo hava limanı meşə yanğını səbəbindən bağlanıb - VİDEO

26-07-2023, 14:14           
Palermo hava limanı meşə yanğını səbəbindən bağlanıb - VİDEO
İtaliyanın Siciliya vilayətinin Palermo hava limanı meşə yanğını səbəbindən bağlanıb.

Məlumata görə, yanğın hava limanı yaxınlığındakı təpədə, yaşıl zolaqla başlayıb, alov binalara və uçuş-enmə zolağına yaxınlaşıb. İndiyədək səkkiz reys ləğv edilib.

Mülki Müdafiə Departamentinin yerli bölməsindən bildirilib ki, şəhərin digər ərazilərində də yanğınlar var. Genişlənən yanğın səbəbindən yerli yollarda da hərəkət dayandırılıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru