Sərnişin intihar etdi - Təyyarə təcili eniş etməli oldu

26-07-2023, 12:15           
Sərnişin intihar etdi -
"Türk Hava Yolları”na məxsus İstanbul-Mərakeş reysi ilə uçan təyyarə sərnişinin intihar etməsindən sonra Əlcəzairdə məcburi eniş edib.

Bu barədə aviaşirkət tviter səhifəsində məlumat yayıb.

Bildirilib ki, uçuşdan az sonra sərnişinlərdən biri ayaqyoluna daxil olub və uzun müddət orda qalıb.

Bundan şübhələnən əməkdaşlar qapını sındıraraq sərnişinin meyitini aşkarlayıblar.
Təcili Əlcəzairə eniş edilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru