Hindistanda məmur həbs zamanı aldığı rüşvətin bir hissəsini yeyib

27-07-2023, 00:10           
Hindistanda məmur həbs zamanı aldığı rüşvətin bir hissəsini yeyib
Hindistanda məmur polisin onu həbs etməyə gəldiyini görüncə aldığı rüşvətin bir hissəsini yeyib.

Bu barədə “News9Live” məlumat yayıb.

Hadisə Barheda kəndində baş verib. Yerli sakin məmur Qacendra Sinqhdən hüquq-mühafizə orqanlarına şikayət edib. Sakinin sözlərinə görə, torpaq sahiblərindən vergi yığmağa məsul olan siyasətçi ondan rüşvət tələb edib. Polis məmuru izləmək qərarına gəlib.

Məmurdan şikayət edən sakin ondan tələb olunan məbləği verməyə razılaşıb. O, pulu məmura verən zaman polis əməkdaşları da ofisə daxil olublar. Bu an məmur əskinasları çeynəməyə başlayıb və hətta bəzilərini udmağı da bacarıb.

Hadisədən sonra məmur xəstəxanaya çatdırılıb. Ardından o, rüşvət almaqda ittiham edilərək həbs olunub. Hüquq-mühafizə orqanları məmura qarşı iş açıb. Hazırda faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru