Putinin həbsinə order verən MCM hakimi axtarışa verilib

27-07-2023, 09:22           
Putinin həbsinə order verən MCM hakimi axtarışa verilib
Rusiyada ölkə Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (MCM) hakimi Tomoko Akane cinayət işi üzrə axtarışa verilib.

“Report” xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında yer alıb.

“Tomoko Akane. Yapon. Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - məlumat bazasında deyilir. Konkret hansı maddə üzrə axtarışda olduğu qeyd edilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru