Havar Məmmədov Qafqaz Universitetinə rektor təyin olundu

1-09-2016, 19:59           

Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub.

teref.az yazır ki, APA-nın xəbərinə görə, bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib.

H. Məmmədov faktı təsdiqləyərək bildirib ki, o bu gün Qafqaz Universitetinin kollektivinə təqdim edilib

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək universitetin iyulun 20-də bağlanması haqqında qərar qəbul olunduğunu bildirib.

Bundan sonra universitetin idarəçiliyi BANM-ə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru